Səudiyyə ballistik raket istehsal edə bilərmi?| Peyk görüntüləri şübhələr oyadır

2019/03/34534-3103922108.jpg
Oxunub: 9385     21:43     07 Mart 2019    
Silah ekspertləri və foto analitiklərə görə, yeni peyk görüntüləri göstərir ki, Səudiyyə Ərəbistanı özünün ilk ballistik raket fabrikini inşa edib. Bu xəbər 33 yaşlı şəhzadənin rəhbərliyi altında krallığın artan hərbi və nüvə ambisiyalarına dair sualları artırır.

Əgər istifadəyə verilibsə, onda Ər-Riyadın cənub-qərbindəki əl-Vətəhdə yerləşən raket bazasındakı bu fabrik Səudiyyə Ərəbistanın öz ballistik raketlərini istihsal etməsinə imkan verəcək. Bu həm də onun regional rəqibi İrana qarşı apardığı silah yarışından duyulan narahatlığı da körükləyəcək.

Səudiyyə Ərəbistanı hazırda nüvə silahına sahib olmadığından, istehsal ediləcək raketin ənənəvi silahla silahlanacağını güman etmək olar. Lakin raket istehsal təsisatı hansısa potensial nüvə silahı proqramı üçün əhəmiyyətli komponent ola bilər. Nəzəri olaraq o, krallığa nüvə başlıqları üçün çatdırılma sistemləri istehsalına imkan verir.

“Ehtimal budur ki, Səudiyyə Ərəbistanının daha uzaq mənzilli raketlər inşa etmək və nüvə silahı eşqinə düşə bilər – düşünürük ki, onlar bunu bacarmaz. Amma biz bəlkə də onların istəkləri və bacarıqlarını lazım olduğundan aşağı qiymətləndiririk”, - deyə Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun nüvə silahları eksperti Ceffri Levis bildirib.


O, həm də öz komandası ilə birlikdə regiondan olan peyk görüntülərini analiz edərkən sözügedən fabrikin mövcudluğunu aşkarlayıb.

Peyk görüntülərindən xəbərdar daha iki raket eksperti Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Maykl Elleman və Strategiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Cozef Bermudez həmin fotolarda raket mühərrikinin istehsalı və sınağı üçün dizaynlaşdırılmış təsisat olmasına razılaşıblar.

Həmin görüntülərdən təsisatın tamamlanıb-tamamlanmadığı, yaxud raket istehsalı üzrə istifadəyə verilməsini ayırd etmək çətindir. Buna baxmayaraq, kompleks uzun illər ehtiyac duyduğu hərbi ləvazimatları xaricdən almağa üstünlük verən ölkənin artıq öz qabaqcıl raketlərini inşa etmək niyyətini ortaya qoyur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   Nüvə  


Bizi "telegram"da izləyin